"Neftçi" ilə oyunda xüsusi motivasiyaya ehtiyac duymuram"

24 Aprel 2021 20:20 Sabah 956
"Neftçi" ilə oyunda xüsusi motivasiyaya ehtiyac duymuram"

"Sabah bizi güclü rəqiblə çətin oyun gözləyir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın baş məşqçisi Ramin Quluyev sabah qarşılaşacaqları "Neftçi" ilə oyun haqqında danışarkən deyib.

Gənc mütəxəssis belə rəqiblə oyunda xüsusi motivasiyaya ehtiyac olmadığını bildirib: "Neftçi" barədə xüsusi danışmağa ehtiyac yoxdu. Rəqib çempionluq uğrunda mübarizə aparır. Əlimizdən gələni edəcəyik ki, sabahkı matçdan yaxşı nəticə ilə ayrılaq.

"Neftçi" ilə matça futbolçuları xüsusi motivasiya etməyə ehtiyac duymuram. Futbolçular hansı komanda ilə qarşılaşacaqlarını bilirlər. Ümumiyyətlə, kimlə qarşılaşmağımızdan, komandanın hansı pillədə qərarlaşmasından asılı olmayaraq, hər bir futbolçumuz sona kimi mübarizə aparmalı olduğunu yaxşı başa düşür"

Quliyev "Sabah da meydanda gənc futbolçular görə bilərikmi?" sualını belə cavablayıb: "Neftçi ilə oyun üçün start heyəti hələ ki, müəyyənləşdirməmişik. Əlbəttə, nəinki sabahkı qarşılaşma, qarşıdakı digər oyunlarda da seçəcəyimiz taktikaya uyğun gələn hər bir futbolçu şans qazana bilər".

Digər Xəbərlər
Xəbər Lenti