"Sabah" 3 ay əvvəl gətirdiyi hücumçu ilə 3 illik müqavilə bağladı

12 Aprel 2021 12:40 Sabah 1 214
"Sabah" 3 ay əvvəl gətirdiyi hücumçu ilə 3 illik müqavilə bağladı

“Sabah” Tiemoko Fofananın transfer hüququna yiyələnib.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Finlandiyanın “İlves” klubu ilə 21 yaşlı hücumçunun keçidinə dair razılığa gəlinib.

Afrikalı forvardla 3 illik müqavilə imzalanıb.

Kot d İvuardan olan legioner bu ilin yanvarında “İlves”dən icarəyə götürülüb.

Fofana cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”