“Sabah”da ondan savayı heç kim... Özü də bilir

5 Aprel 2021 16:20 Sabah 617
“Sabah”da ondan savayı heç kim... Özü də bilir

Azərbaycan Premyer Liqasının XXI turunda baş tutmuş “Sabah” – “Qəbələ” oyunu meydan sahiblərinin müdafiəçisi Filip İvanoviç üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, serbiyalı futbolçu “Sabah”ın heyətində Premyer Liqada yubiley – 50-ci oyununu keçirib.

Filip bu göstəricidə yalnız həmyerlisi Saşa Stamenkoviçdən geri qalır. Serbiyalı qolkiper “Sabah”ın heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçudu (55 oyun).

“Sabah” – “Qəbələ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti