"Sabah" Premyer Liqa üçün 7 milyon manatadək xərc çəkib

5 Aprel 2021 11:00 Sabah 797
"Sabah" Premyer Liqa üçün 7 milyon manatadək xərc çəkib

“Sabah” 2020-ci il üçün maliyyə hesabatını təqdim edib.

Sportinfo.az xəbər verir ki, hesabatda gəlirlərin 6 271 066 manat, xərclərin isə 6 860 642 manat təşkil etdiyi vurğulanıb.

2019-cu ildə gəlirlər 6 234 500 manat, xərclər isə 5 836 530 manat təşkil edib. Başqa sözlə, cəmi 36 566 manat gəlir əldə olunduğu halda, klub 1 024 112 manat xərcə düşüb.

Xərclərdə ən böyük artım əmək haqlarında baş verib. 2019-cu ildə klub oyunçuların və digər əməkdaşların əmək haqqı və mükafatlandırılmasına 3 235 151 manat, 2020-ci ildə 4 273 288 manat, başqa sözlə, 1 038 137 manat sərf edib.

Azalma isə sair əməliyyat xərclərində, xüsusən, reklam və marketinq xərcləri ilə daşınmaz əmlak və idman obyektlərinə çəkilən xərclərdə baş verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti