"Əvvəl bu amil çatmırdı" - Ramin Quliyev

4 Aprel 2021 20:00 Sabah 864
"Əvvəl bu amil çatmırdı" - Ramin Quliyev

"Qələbə qazandıq. Çətin oyun oldu. Komandada inam yox idi, neçə aydır qalib gələ bilmirdik. Qələbə həm ağır, həm də şirin oldu. Bu gün meydanda komanda ruhunu, istəyi gördük".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis komandada özünəinam yaratdıqlarını bildirib: "Əvvəl bu amil çatmırdı. Bacardığımız qədər çalışdıq, qısa müddətə komandanı hazır etmək olmur. Milli komandaların oyunları ilə bağlı fasiləyə görə kollektiv məşq etmək alınmırdı".

Quliyev baş məşqçi vəzifəsinə müvəqqəti təyin olunduğunu söyləyib: "Mən burada müvəqqətiyəm, qarşıma hansısa hədəf qoyulmayıb, 2, 3 qələbə bizə daha yuxarılara aparacaq. Bunlar alınarsa, niyə də avrokuboklara vəsiqə qazanmayaq"?!

Baş məşqçi bu gün komandasına qələbə qazandıran Ramil Şeydayevin keyfiyyətli futbolçu olduğunu vurğulayıb: "Ona inam lazım idi. Bu gün hücumçunu meydanda sonadək saxlamağıma səbəb də bu idi. İnanıram ki, yaxın zamanda əsl Ramili görəcəksiniz".

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada