"Qəbələ"nin hücum xətti diqqət çəkir" - "Sabah"ın əcnəbisi

3 Aprel 2021 20:20 Sabah 537
"Qəbələ"nin hücum xətti diqqət çəkir" -

"Düşünürəm ki, çox çətin oyun olacaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın yarımmüdafiəçisi Mario Marin deyib.

Əcnəbi futbolçu Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində sabah qarşılaşcaqları "Qəbələ" ilə oyun haqqında danışarkən rəqibin hücum xəttinini xüsusi qeyd edib: "Qəbələ yaxşı komandadı. Rəqibin xüsusilə hücum xətti diqqət çəkir. Bu oyunda kompakt çıxış etməli və matçın hər dəqiqəsinə yüz faiz fokuslanmalıyıq".

Xatırladaq ki, "Sabah" - "Qəbələ" oyunu sabah 17:30-da "Bank Respublika Arena"da keçiriləcək

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!