“İlk iki oyundakı məğlubiyyətin günahını yumaq çox vacibdir"

29 Mart 2021 19:20 Sabah 667
“İlk iki oyundakı məğlubiyyətin günahını yumaq çox vacibdir"

"Həftədə üç oyun keçirmək çətindir. Bu səbəbdən, nəticəni barədə proqnoz vermək düzgün olmaz.

Əlbəttə, mənim istəyimdən xəbərdarsınız, lakin Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi komandanı taktiki cəhətdən kökləmək üçün bütün qüvvəsini sərf edəcək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"ın qapıçısı Saşa Stamenkoviç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl "Sport.blic.rs" nəşrinə açıqlamasında deyib.

36 yaşlı qolkiper Azərbaycan yığmasının Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları matçdakı strategiya ilə Serbiya önünə çıxacağına əmin olduğunu bildirib:

"Bir çox yığmalarda ilk 15-20 dəqiqə ərzində problem olur. Bu, oyunun vacib periodu sayılır. Millinin heyətində mənim çıxış etdiyim klubdan 6 oyunçu var.

Həm onlar, həm də digərləri üçün Serbiyaya qarşı yaxşı oynamaq və bununla da ilk iki oyundakı məğlubiyyətin günahını yumaq çox vacibdir".

Martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"