“Sabah” qələbənin dadını yoxladı – VİDEO+FOTOREPORTAJ

29 Mart 2021 09:20 Sabah 738
“Sabah” qələbənin dadını yoxladı – VİDEO+FOTOREPORTAJ

“Sabah” və “Sumqayıt” yoxlama oyununda üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanan komandalar Masazırdakı “Bank Respublika Arena”da qarşılaşıb.

"Sabah" meydana bu start heyəti ilə çıxıb: Saşa Stamenkoviç, Slavik Alxasov, Filip İvanoviç, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Məhəmməd Mirzəbəyov, Mario Marina, Kevin Kubemba, Camal Cəfərov, Abdulla Xaybulayev, Ceyhun Nuriyev.

Beş qolun qeydə alındığı matç “Sabah”ın qələbəsi ilə yekunlaşıb. Bu qarşılaşmada "Sumqayıt" Futbol Akademiyasının yetirmələri - Rüstəm Hümbətov, Nihad Ağayev, Qadir Abdullazadə, Mübariz Hüseynzadə və Əjdər Hacılı da forma şansı qazanıb.

"Sabah" – "Sumqayıt" 3:2
Qollar:
Filip İvanoviç, 23. Slavik Alxasov, 56. Tiemoko Fofana, 76 – Mehdi Şərifi, 61, 90

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu