"Məqsədimiz qısa bir zamanda möhkəm komanda formalaşdırmaqdır"

22 Mart 2021 15:00 Sabah 968
"Məqsədimiz qısa bir zamanda möhkəm komanda formalaşdırmaqdır"

"Bu gün klub olaraq əsas milli və U-21 millisinə çox sayda oyunçu vermişik.

Tam heyətlə məşq edə bilməsək də, Premyer Liqada yaranmış fasilədən komandada ab-havanı bir qədər yaxşılaşdırmaq və oyun üslubuna müəyyən dəyişiklik etmək baxımından maksimum dərəcədə istifadə etməyə çalışırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"da müvəqqəti baş məşqçi vəzifəsini icra edən Ramin Quliyev deyib.

Gənc mütəxəssis qarşıdakı dönəm üçün komandada nələri dəyişmək istəməsindən də söz açıb:

"Komandada bir çox təcrübəli, özünü sübut etmiş və həmçinin gələcək vəd edən potensiallə oyunçular var.

Məqsədimiz qısa bir zamanda bizdə olan güclü oyunçulardan möhkəm komanda formalaşdırmaqdır. Qarşıdakı turlarda komandanın oyun baxımından irəlləyiş göstərmək potensialı var. Oyun keyfiyyəti artdıqca nəticə daha yaxşı olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti