“Klubdan ayrıldım, şəkərim xeyli qalxdı, təcili xəstəxanaya getməli oldum”

19 Mart 2021 18:00 Sabah 905
“Klubdan ayrıldım, şəkərim xeyli qalxdı, təcili xəstəxanaya getməli oldum”

“Bu qərar mənim üçün gözlənilməz oldu”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın sabıq məşqçisi Rövşən Babayev deyib.

Visente Qomesdən sonra “Sabah”ıı əsas komandasını daha bir məşqçi tərk edib. Rövşən Babayev hazırda baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Ramin Quliyevin planlarına daxil olmadığından, bu qərarla razılaşıb:

“Məni çağırıb dedilər ki, Ramin Quliyev məşqçilər korpusunda dəyişiklik etmək istəyir. Belə məsləhət oldu, klubdan ayrıldım, nə deyə bilərəm ki…

Həmin gün özümü çox pis hiss etdim. Şəkərim xeyli qalxdığından, təcili xəstəxanaya getməli oldum.

Həkimlər çətinliklə də olsa, şəkərimi aşağı sala bildi. İndi şükür, yaxşıyam. Bundan sonra harada işləyəcəyimi bilmirəm. təklif gözləyirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti