“Sabah”ın baş məşqçi postunda Visente Qomesi əvəzləyən Ramin Quliyev daha bir qərar verib.
Müvəqqəti olaraq sükan arxasına keçən gənc mütəxəssis Rövşən Babayevdən sonra Aleksandr Qrossla birgə çalışmaq istəməyib,
Üç ildir Masazır təmsilçisində fəaliyyət göstərən Qrossun bundan sonra akademiyada çalışması gözlənilir.
Quliyev köhnə korpusdan yalnız 2 nəfəri saxlayıb – Vitali Kovalyov və Aleksandr Pançuk. Baş məşqçi əvəzi özüylə İlkin Hacıyevi gətirib.
SPORTİNFO.AZ

