“Sabah” artın 11-də baş məşqçi postunda dəyişiklik etdi. Masazır klubu çalışdırıcısı Visente Qomeslə yollarını ayırdı.
Ötən ilin yayında ispaniyalını gətirən klub rəhbərliyi ardıcıl uğursuzluqların sonunda, nəhayət ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qomes gələn ilin yayına qədər olan sözləşməsinin ləğvinə razılaşıb.
Qomes "Sabah"ın sükanı arxasına ötən ilin yayında keçib. Onun rəhbərliyi altında cari mövsüm Premyer Liqada 19 oyunda 16 xal toplayan komanda turnir cədvəlinin son pilləsində qərarlaşır.
“Sabah”da baş məşqçi səlahiyyətləri Ramin Quliyevə müvəqqəti həvalə edilib. U-17 yığmasının sabiq çalışdırıcısı bu postda uzun müddət də qala bilər.
Hər şey komandanın qarşıdakı həftələrdə göstərəcəyi oyundan və nəticələrdən asılıdır. Uğurlu qrafik cızarsa, gənc mütəxəssis gələn mövsüm də sükan arxasında qalacaq. Əslində indi onun qarşısına qeyri-adi vəzifə qoyulmayıb.
Quliyev kollektivdaxili ab-havanı bir qədər də yaxşılaşdırmalı, futbolçuların özünəinam hissini bərpa etməli və turnir cədvəlində orta sıralara doğru irəliləyişə nail olmalıdır.
SPORTİNFO.AZ

