"Sabah" ona düşərli oldu - 6 ildən sonra dəvət aldı

11 Mart 2021 19:20 Sabah 1 140
"Sabah" ona düşərli oldu - 6 ildən sonra dəvət aldı

"Sabah"ın legioneri Kevin Kubemba Konqo millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu dünya çempionatının seçmə oyunları üçün yığmaya çağırılıb.

O, son olaraq 2015-ci ildə Konqo millisinin formasını geyinib. Yığma martın 26-da Seneqalı qəbul edəcək, martın 30-da isə Qvineya-Bisaunun qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti