"Ramil "Sabah"da öz yerini möhkəmləndirə bilməsə…"

11 Mart 2021 18:00 Sabah 1 061
"Ramil "Sabah"da öz yerini möhkəmləndirə bilməsə…"

AFFA İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi 4 oyunluq cəzalandırıb.

25 yaşlı hücumçunun “Sabah-2” komandasının heyətində “Qaradağ Lökbatan”la I Divizionun XVI tur matçının (1:2) 63-ci dəqiqəsində baş hakim Fərid Hacıyevi təhqir etməsi səbəb göstərilib.

Həmin epizodda o, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İntizam Komitəsi futbolçunu I Divizionun qarşıdakı 4 oyununda iştirakdan məhrum etməklə yanaşı, klubu 320 manat cərimələyib.

"Sabah"ın əvəzedici komandasının baş məşqçisi İlqar Mənsimov Sportinfo.az-a açıqlamasında Ramil Şeydayevin yeni bura dönüşünün mümkünlüyü barədə daqışıb:

"Hər şey ola bilər. Bu, əsas komandanın baş məşqçisindən asılıdır. Bundan sonra millinin yunları var. Ramil "Sabah"da öz yerini möhkəmləmdirə bilməsə, niyə də yox?

Burda qapılar heç kimə bağlı deyil. Əvəzedicilərin məqsədi əsas komandada oynamayan oyunçuları formada saxlamaqdır. Tək Şeydayev deyil.

Başqa oyunçular da gəlib, zədədən qayıdandan sonra bizdə oynayaraq əsas komandaya dönüb. Məsələn, indi Şakir Seyidov əsas komandanın üzvüdür.

Amma bizdə forma yığıb sonra əsas komandaya gedib oynayır. Belə tendensiya var. Praktikada belə şeylər olub".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti