Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi 4 oyunluq cəzalandırıb.
Səbəb kimi 25 yaşlı hücumçunun “Sabah-2”nin heyətində “Qaradağ Lökbatan”la I Divizionun XVI tur matçının 63-ci dəqiqəsində baş hakim Fərid Hacıyevi təhqir etməsi göstərilib.
Həmin epizodda o, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
İntizam Komitəsi futbolçunu I Divizionun qarşıdakı 4 oyununda iştirakdan məhrum etməklə yanaşı, klubu 320 manat cərimələyib.
Görüş “Qaradağ Lökbatan”ın qələbəsi ilə yekunlaşıb - 2:1.

