Azərbaycan millisinin və "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.
24 yaşlı arxa xətt oyunçusu Premyer Liqanın XIX turunda "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri görüşün sonlarına yaxın komanda yoldaşı Saşa Stamenkoviçlə toqquşub.
Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, qolundan xəsarət alan futbolçu tibbi müayinədən keçib. Məlum olub ki, zədə ciddi deyil və məşqlərə qatıla bilər.

