“Aleksey İsayevin əvəzedici komandaya göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir”
Bu barədə Sportinfo.az-a “Sabah”ın mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, yarımmüdafiəçinin dünən Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “Sumqayıt”la keçirilən matçda (1:1) iştirak edə bilməməsinin səbəbi başqadır.
Belə ki, orta sahə oyunçusu son məşqdə zədə aldığından, məşqçilər korpusu onun adını matçın iştirak ərizəsinə daxil etməyib.
Düzdür, İsayevin aldığı xəsarət o qədər də ciddi deyil, sadəcə, risk getməyə ehtiyac duyulmayıb.

