"Darıxıram, ailəm iki ildir Azərbaycana gəlmir"

8 Mart 2021 18:00 Sabah 713
"Darıxıram, ailəm iki ildir Azərbaycana gəlmir"

"Tanımadığım yerə gedəndə oranın tarixi, mədəniyyəti ilə maraqlanmağa çalışıram".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Sabah"ın hücumçusu Kevin Kubemba dilə gətirib.

2017/2018 mövsümündə Bolqarıstanda MOİK-in formasını geyinmiş 28 yaşlı forvard paytaxt Sofiya ilə Bakını müqayisə edib:

"Sofiyanı da Bakı qədər sevirəm. Hər ikisi gözəl şəhərdir və ortaq cəhətləri çoxdur".

İki ildən çoxdur doğmalarını görmədiyini deyən fransalı legioner anası, qardaş-bacısı və uşaqlıq dostları üçün darıxdığını söyləyib:

"Düzdür, əlaqə saxlamaq üçün xeyli vasitə var. Amma bu fiziki təması əvəz etmir. Bolqarıstanda dəfələrlə olduğu kimi, ailəm hələ Azərbaycana gəlməyib".p

Digər Xəbərlər
Xəbər Lenti