Mənsimov “Sportinfo”ya danışdı: “Soruşdum ki, məcbur gəlmisən, yoxsa öz istəyinlə?”

7 Mart 2021 22:20 Sabah 2 052
Mənsimov “Sportinfo”ya danışdı: “Soruşdum ki, məcbur gəlmisən, yoxsa öz istəyinlə?”

“Mənim öncədən Ramil Şeydayev və ya Visente Qomeslə hər hansı söhbətim olmayıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah-2”nin baş məşqçisi İlqar Mənsimov deyib.

O, “Qaradağ Lökbatan”la I Divizion matçında debüt edən Ramil Şeydayevdən danışıb,

Sitat: “Bizdə belədir ki, əsas komandadan futbolçu gələndə, baş məşqçinin köməkçiləri mənimlə əlaqə qurur. Bu dəfə də belə oldu. Deyildi və sonra Ramil bizə qoşuldu.

Oyundan öncə Ramillə söhbətimiz oldu. Soruşdum ki, məcbur gəlmisən, yoxsa öz istəyinlə? Bildirdi ki, millidə oynamaq istəyirəm.

Dedi, əsas komandada oyun praktikam azdır deyə, özüm xahiş etmişəm ki, bura göndərsinlər. Bir qədər də taktiki baxımdan söhbətimiz oldu. Oyun sistemimizi izah etdim, necə oynamalı olduğunu bildirdim”.

25 yaşlı forvard matça start heyətdə başlayıb və 63 dəqiqədə rəqib futbolçunun müdaxiləsindən sonra kiçik xəsarət alan Ramil ayağa qalxdıqdan sonra işlədiyi ifadələrə görə baş hakim Fərid Hacıyev tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Mənsimov bu hadisəni belə şərh edib: “Ramilin hərəkətinə intizamsızlıq deməzdim. Rəqibin əli onun üzünə dəyib və yerə

oturub. Hücumun davamında top yan xəttə çıxdı. Ramil ayağa qalxanda, gördü ki, hakim biz tərəfə əli ilə işarə edir.

Elə başa düşüb ki, cəriməni biz tərəfə verir. Gedə-gedə situasiyaya uyğun bir söz işlətdi. Hakim də sözü özünə götürüb və “qırmızı” verdi.

Sırf mentalitet məsələsidir. Başqa ölkələrdə belə bir şeyə görə “qırmızı” verməzlər. Heç bir tərəfi qınamıram. Oyundur, belə alındı.

Ramil Şeydayev nə komandaya, nə də hakimə qarşı hörmətsizlik edib. Oyundan çıxanda da dilxor halda paltardəyişmə otağına getdi.

Bizdən və komanda yoldaşlarından üzr istədi. Bildirdi ki, əlimə fürsət düşsə, oyunumla komanda yoldaşlarıma kömək edəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti