"Ramil Şeydayev əvəzedici komandada oynamağı özü istəyib"

7 Mart 2021 09:40 Sabah 594
"Ramil Şeydayev əvəzedici komandada oynamağı özü istəyib"

"Ramil Şeydayev əvəzedici komandaya göndərilməyib".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov söyləyib.

Bilindiyi kimi, millimizin hücumçusu Ramil Şeydayev dünən "Sabah"ın əvəzedici heyətində yer alıb. O, "Qaradağ-Lökbatan"a qarşı keçirilən I Divizionun 16-cı tur matçında meydana çıxıb.

25 yaşlı forvard görüşə start heyətdə başlayıb və 63 dəqiqədə hakimlə dialoqdan sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Şeydayev buna qədər Rusiya, Slovakiya, eləcə də Azərbaycan klubları ilə yüksək liqa oyunlarında iştirak edib. O, bu mövsüm "Sabah"ın əsas heyətində yerini itirib. Şeydayev geridə qalan 18 turda cəmi 3 qol vurub.

E.Həmidov bildirib ki, Ramil əvvəl oolduğu kimi, yenə də əsas komanda ilə məşqlərə çıxır: "Sadəcə, oyun praktikası qazanması üçün özünün müraciətindən sonra əvəzedici heyətdə oyuna çıxmasına qərar verildi.

Əlbəttə, indi onun oyunda aldığı qırmızı vərəqənin səbəbini araşdıracağıq. O ki qaldı bununla bağlı hər-hansı qərar verilib-verilməməsinə, buna məsələ tam araşdırıldıqdan sonra qərar veriləcək".

Digər Xəbərlər
Xəbər Lenti