"Mənim kimi futbolçu axtarırdılar, onlara öz xidmətimi təklif etdim"

5 Mart 2021 21:20 Sabah 1 570
"Mənim kimi futbolçu axtarırdılar, onlara öz xidmətimi təklif etdim"

"Əvvəlki klubum olan "Səbail"də məni çox yaxşı qarşılamışdılar.

Orada 1 il oynadım. Həmin vaxt mənim kimi futbolçu axtarırdılar.

Mən də onlara öz xidmətimi təklif etdim. Beləliklə, heç bir testdən keçmədən bu komanda ilə müqavilə bağladım".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"ın legioneri Kevin Kubemba "leparisien" nəşrinə açıqlamasında 2018-ci ildə "Səbail"ə keçidi barədə danışarkən deyib.

Fransalı hücumçu bildirib ki, getdiyi yeni ölkəyə hər dəfə daha tez uyğunlaşır: "Bu, daim səyahət edən futbolçunun həyatının bir hissəsidir.

Bakıya ilk dəfə gələndə şəhər məni yaxşı mənada təəccübləndirdi. Şəhərin gözəl yerində yaşadaığımız üçün xoşbəxtik.

Evimizdən Xəzər dənizinə məsafə çox azdır. Amma orada üzə bilməzsən. Çünki axın çox güclüdür".

Digər Xəbərlər
Xəbər Lenti