Çiftçidən Azərbaycan klubu ilə bağlı AÇIQLAMA

27 Noyabr 2020 18:00 Qarabağ 927
Çiftçidən Azərbaycan klubu ilə bağlı AÇIQLAMA

“Oyunun çətin keçəcəyini bilirdik, yaxşı hazırlaşmışdıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Sivasspor”un sol cinah müdafiəçisi Uğur Çiftçi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

“Qarabağ” üzərində 3:2 hesablı qələbə qazanan “Sivasspor” xallarının sayını 6-ya çatdırıb. 28 yaşlı futbolçu “Başakşəhər Fatih Terim” stadionundakı görüşdən sonra yerli mətbuata fikirlərini bildirib:

“Matçın gedişində sürəti artırdıq. İnşallah, qarşıdakı oyunlarda da qələbə qazanaraq yolumuza davam edərik. Çatışmazlıqlarımız var idi.

Ancaq meydana çıxan futbolçular yüksək səviyyədə çıxış etdilər. Hazırda kollektivlə birgə olmayan komanda yoldaşlarımız da döndüyü zaman daha güclü olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır