"Qarabağ" üzərində qələbə bizim üçün 2 məna kəsb edir"

17 Sentyabr 2020 16:50 Qarabağ 546
"Qarabağ" üzərində qələbə bizim üçün 2 məna kəsb edir"

"Bu, fantastik, indiyədək iştirakçısı olduğum ən çılğın təcrübələrdən biri idi".

Sportinfo.az xəbər verir ki, bunu Norveç "Molde"sinin baş direktoru Ole Erik Stavrum "Dagbladet" nəşrinə açıqlamasında Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a penaltilər seriyasında qalib gələrək pley-offa adladıqları oyun barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, qələbəni xüsusi qeyd edəcəklər: "Qorxuram ki, bu gün otelimizin barını bağlatdıracağıq (gülür)".

Stavrumun sözlərinə görə, bu qalibiyyət klub üçün 2 məna kəsb edir: "Birincisi, bizim pley-offu keçib qrupa yüksəlmək şansımız var.

Belədə doğma "Aker" stadionunda daha nəhəng rəqiblərlə qarşılaşacağıq və maraqlı oyunlar olacaq. Digər tərəfdən, pandemiya dövründə qazanacağımız məbləğ "Molde" üçün çox şey deməkdir. Amma bu gün idman daha vacibdir".

Əsas və əlavə vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında daha dəqiq oynayan (6:5) "Molde" adını Çempionlar Liqasında pley-offa yazdırıb. Komanda bu mərhələdə Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti