Premyer Liqa klubları paltardəyişmə otağından istifadə etməyəcək

1 İyun 2020 00:42 Qarabağ 959
Premyer Liqa klubları paltardəyişmə otağından istifadə etməyəcək

Bugündən məşqləri bərpa edəcək Azərbaycan Premyer Liqası klubları kollektiv şəkildə hazırlaşa biləcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a "Qarabağ"ın direktoru Emrah Çelikel məlumat verib.

Ağdam təmsilçisinin rəsmisi bildirib ki, bununla belə, təhlükəsizliklə bağlı müəyən qaydalara əməl etmək tələb olunur: "Bununla bağlı AFFA-dan klublara təlimat göndərilib.

Əsas məsələ gigiyena və sosial məsafə qaydalarıdır. Məsələn, oyunçular paltardəyişmə otaqlarından istifadə etməyəcəklər: Futbolçular oyunlara hazır vəziyyətdə gələcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM