COP29

"Qarabağ"ın prezidentindən qələbə rəqsi – VİP-dən VİDEO

23 Fevral 14:00 Qarabağ 5 176
"Qarabağ"ın prezidentindən qələbə rəqsi – VİP-dən VİDEO

«Qarabağ» dünən Azərbaycan fubbol tarixində yeni səhifə açdı.

«Köhlən atlılar» pley-off mərhələsində «Braqa» səddini keçərək, adını Avropa Liqasının 1/8 finavl mərhələsinin iştirakçıları sırasına daxil etdi.

Portuqaliyada 4:2 hesabıyla qələbə qazanmış təmsilçimiz Bakıda 2:3 yenilsə də, arzusuna çatdı.

Nəriman Axundzadənin əlavə vaxtın son dəqiqələrində vurduğu qolla möhtəşəm zəfərin sevincini yaşayanlar arasında Tahir Gözəl xüsusən diqqət çəkib.

«Qarabağ»ın prezidenti hakimin final fitinin ardından VİP-lojada rəqs edib.

Gözəl musiqi sədaları altında onunla bərabər olan şəxslə qol qaldırıb oynayıb. Görüntülər sosial mediada geniş yayılıb və maraqla qarşılanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"