Qurban Qurbanov "Braqa"nı necə dayandıracaq? - VİDEO

15 Fevral 2024 13:00 Qarabağ 776
Qurban Qurbanov "Braqa"nı necə dayandıracaq? - VİDEO

Bu gün “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində səfərdə "Braqa"nın qonağı olacaq.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov Ağdam təmsilçisinin oyun planını dəyərləndirib.

Qeyd edib ki, böyük ehtimalla, 4-3-3 oyun formatı ilə meydana çıxacağı gözlənilən komandamız müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə çox diqqətli olmalıdır:

“Müdafiənin mərkəzində Medinanın, sağ cinahda isə Veşoviçin yoxluğu çox ciddi hiss olunacaq. Mütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmaq lazım gələcək.

Unutmayaq ki, Romao ilə Yankoviç bir-birilərini çox yaxşı idarə etməlidir. Dağıdıcı funksiyanı yerinə yetirən Romao qazandığı topu tez bir zamanda Benzia və ya Yankoviçə çatdırmalıdır.

Monteneqrolu yarımmüdafiəçinin meydanda olması üçüncü zonada həm Benzia, həm də Zubirə əlavə üstünlüklər qazandırır. Belə ki, top rəqibdə olarkən, birinci və ya ikinci zonada bu oyunçuların üzərinə yük çox da düşmür.

Ağdam təmsilçisi rəqibin tempini aşağı salmaq üçün daha çox qısa ötürmələrə üstünlük verməlidir. Daha yüksək fiziki hazırlığın tələb olunduğu oyun planı fonunda, rəqibə boş zona yaratmamağa çalışılmalıdır.

Bu oyun planı işə düşərsə, komandamız rəqibə qarşı üstünlük əldə edə bilər”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti