YENİ ŞOK İDDİA! O, “Qarabağ”dan Səudiyyə Ərəbistanı klubuna yollanacaq?

15 Aprel 13:20 Qarabağ 2 475
YENİ ŞOK İDDİA! O, “Qarabağ”dan Səudiyyə Ərəbistanı klubuna yollanacaq?

“Qarabağ”ın əlcəzairli legioneri Yasin Benzia bu yay komandasını dəyişə bilər.

Sportinfo.az Əlcəzair mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var.

Həmçinin milli komanda yoldaşları Riyad Mahrez və Said Benrahmanın artıq çıxış etdiyi Səudiyyə Ərəbistanı liqasını seçməklə millidəki mövqeyini möhkəmləndirəcəyi də qeyd edilir.

Benzianın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır. Daha əvvəl futbolçunun özü bəyan etmişdi ki, tərəflər əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar aparırlar.

Məsələ burasındadır ki, Benzia “Qarabağ”dan maaşının artırılmasını istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!