Qurban Qurbanov boş yerə bundan ŞİKAYƏTLƏNMƏYİB, səbəbi var - VİDEO

8 Mart 2025 11:40 Qarabağ 1 476
Qurban Qurbanov boş yerə bundan ŞİKAYƏTLƏNMƏYİB, səbəbi var - VİDEO

«Qurban Qurbanovun Premyer Liqada görmək istədiyi temp bu deyil».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin apaırıcı «Qarabağ»ın baş məşqçisinin ölkə çempionatının səviyyəsi ilə bağlı səsləndirdiyi son fikirlərə münasibət bildirib.

Təcrübəli mütəxəssisin topun oyunda qalma faizinin aşağı olması haqda açıqlamasına haqq qazandıran tanınmış teleşərhçi bildirib ki, bu, ciddi problemdir.

O, liqanın əksər qarşılaşmalarında sürətli futbola şahidlik etmədiyimizi, hakimlərin oyunu tez-tez dayandırdığını vurğulayıb.

Abbasov komandaların nəticə barədə daha çox düşündüyünü, bununla belə, rəqabətin istənilən həddə olmadığını qeyd edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti