“Qarabağ”da komanda yoldaşının zədələdiyi müdafiəçi özünə gəlibmi?

7 Mart 2025 12:40 Qarabağ 2 123
“Qarabağ”da komanda yoldaşının zədələdiyi müdafiəçi özünə gəlibmi?

Azərbaycan Premyer Liqasının XXV turunun "Sumqayıt"la oyununda zədələnən "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçinin zədəsi ciddi deyil.

Həkimlərin son müayinəsindən sonra təcrübəli oyunçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb.

Azərbaycan millisinin üzvü "Sumqayıt"la görüşdə komanda yoldaşı ilə toqquşmadan sonra zədə almışdı.

Həmin qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti