Bu qış Bolqarıstanın yüksək liqa təmsilçisi "Beroe"nin mərkəz hücumçusu Leandro Qodoyun adı "Qarabağ"la hallanmağa başladı.
Bolqarıstan mediası 24 yaşlı argentinalı forvardın Ağdam klubuna keçə biləcəyinə yazırdı. Amma bu transfer baş tutmadı.
Sportinfo.az xəbər verir ki, Bolqarıstanın "Maç Teleqraf" nəşri Qodoyla bağlı dərc etdiyi məqalədə bunun səbəblərinə toxunub.
"İndi Leandro Qodoyun bu mövsümün sonuna qədər klubunda qalmasının səbəbi bəlli olur. "Beroe"nin sahibi Ernan Banato futbolçu üçün çox yüksək məbləğ tələb edib - 2 milyon avro.
O, qiyməti cəmi 100 min avro azaltmağa razı idi. Bu isə 24 yaşlı hücumçunu almaq istəyən əksər bir çox klubun fikrinin dəyişməsinə səbəb oldu.
Qodoyun adı “Qarabağ” və Moskva “Lokomotiv”i kimi ciddi komandalarla hallanırdı. Avropa klublarının isə argentinalı üçün yarışmamasının səbəbi onun həm də Avropa pasportunun olmamasıdır” - deyə yazıda qeyd edilib.
Qodoy bu mövsüm komandası ilə 19 rəsmi oyun keçirib, 12 qol vurub.

