“Legioner limitinin ləğvinə həm sevinir, həm də üzülürəm”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
Ağdam klubunun rəhbəri AFFA İcraiyyə Komitəsinin məlum qərarına iki istiqamətdən münasibət bildirib:
“Sevinirəm ona görə ki, əlimiz açılır. Rəqiblərə qarşı əlimizdə daha yaxşı imkanlar yaranır.
Üzülürəm ki, qısa müddət üçün xeyrimizə olsa da, perspektivdə Azərbaycan futbolunun zərərinədir.
Limit aradan qalxanda daha rahatına qaçırsan və öz yetişdirdiyin futbolçulara baxmırsan. Azərbaycan futbolunda legioner limiti uzunmüddətli qalsaydı, məncə, daha yaxşı olardı”.

