"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Premyer Liqanın 23-cü turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, o, deyib:
"Bəzən qırmızı vərəqə planları pozur. Amma stadionda əla ab-hava var idi.
Azarkeşlər bizi motivasiya edirdilər, heç kim təslim olmaq istəmirdi. Xoşbəxtlikdən heç bir insident yaşanmadı.
Baxmayaraq ki, matçda gərginlik hiss olunurdu. Penalti olmasa idi, yəqin ki, matç heç-heçə bitəcəkdi.
Yaxşı ki, qol vura bildik. Medinanın provokasiyalara meyilli olması insanlara maraqlı gəlir. Amma biz belə şeyləri xoşlamırıq".

