Bayramov “Neftçi”dən danışdı: “Belə olacağını gözləyirdik”

19 Fevral 2025 00:50 Qarabağ 690
Bayramov “Neftçi”dən danışdı: “Belə olacağını gözləyirdik”

“Ağır oyun olacağını əvvəldən bilirdik.

Matçın gedişində 10 nəfərlə qaldıq, buna baxmayaraq, sona qədər döyüşdük, vuruşduq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Toral Bayramov Premyer Liqanın 23-cü turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

O, rəqibin matça fəal başlamasına belə münasibət bildirib:

“Neftçi” həmişə ev oyunlarına aqressiv, aktiv başlayır. Belə olacağını gözləyirdik.

“Neftçi” son vaxtlar yaxşı formadadır. Uşaqların hamısına təşəkkür edirəm. Şükürlər olsun ki, qalib gəldik. Çox sevinirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti