“Neftçi” ilə oyunda risk etdik, “Qarabağ”ın ruhunu göstərməyi bacardıq”

18 Fevral 2025 14:20 Qarabağ 865
“Neftçi” ilə oyunda risk etdik, “Qarabağ”ın ruhunu göstərməyi bacardıq”

"Təəssüratlarım əladır, çünki biz qələbə qazandıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia deyib.

O, Premyer Liqanın 23-cü turunda “Neftçi”yə qalib gəldikləri matçla (1:0) bağlı fikirlərini “CBC Sport” kanalına açıqlayarkən deyib:

“Azlıqda qalsaq da, “Qarabağ”ın ruhunu göstərməyi bacardıq. Baş məşqçinin fasilədə dediklərini icra etməyə çalışdıq.

Çünki risk etməli idik. Düşünürəm ki, yaxşı oynadıq və bu qələbəyə layiqincə qazandıq”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!