“Qarabağ” bu futbolçuya yeni müqavilə təklif etmədi - SON DƏQİQƏ

13 Fevral 2025 14:20 Qarabağ 15 454
“Qarabağ” bu futbolçuya yeni müqavilə təklif etmədi - SON DƏQİQƏ

«Qarabağ»dan ayrılacağı qətiləşən növbəti futbolçunun adına aydınlıq gəlib.

Ağdam klubu Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra Marko Veşoviç ilə vidalaşmağı qərarlaşdırıb.

«Köhlən atlar» artıq bu barədə müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Monteneqro yığmasının üzvünə indidən özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.

2021-ci ildə ölkəmizə Polşadan gələn «Legiya»nın sabiq kapitanı 1 ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir.

SPORTİNFO.AZ

Marko Veşoviç "Sportinfo"nun yaydığı xəbəri belə təsdiqlədi - FOTO FAKT

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?