“Qarabağ“ Juninyonun yerinə hücumçu tapdı – SON DƏQİQƏ

22 Yanvar 14:00 Qarabağ 14 252
“Qarabağ“ Juninyonun yerinə hücumçu tapdı – SON DƏQİQƏ

“Beroe”nin hücumçusu Leandro Qodoyla maraqlanan Azərbaycan klubunun adı bizə məlum olub.

Bolqarıstanda çıxış edən argentinalı “Qarabağ“ın transfer siyahısında yer alıb.

Ağdam təmsilçisi 5 milyon avro qarşılığında “Flamenqo“ya satdığı Olavio Juninyonun yerinə məhz onu hədəfinə alıb.

Hazırda tərəflər arasında danışıqlar sürətlə davam etməkdədir.

23 yaşlı forvardın xidmətində Rusiyadan “Lokomotiv” və Bolqarıstandan SSKA da maraqlıdır.

“Beroe”nin Qodoya görə 1 milyon avro təzminat tələb etdiyi söylənilir. Onun bu klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.

Mərkəz hücumçusu olan Qodoy bu mövsüm “Beroe”nin heyətində bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 12 qol vurub (hamısı yüksək liqada).

Argentinalı "Rasinq", “Çakarita Juniors” (hər ikisi Argentina) və “Torreense”də (Portuqaliya) oynadıqdan sonra “Beroe”yə keçib. O, “Defensa Xustisiya”da icarə əsasında çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə