Papağını göyə atsın ki, ona "Qarabağ"da yer ayrılıb - AÇIQ MESAJ

8 Aprel 21:00 Qarabağ 10 007
Papağını göyə atsın ki, ona "Qarabağ"da yer ayrılıb - AÇIQ MESAJ

Yəqin ki, Anton Smirnov "Qarabağ" - "Səbail" oyununu yaxından izlədi.

Andrey Lunyovun gündəm olan menecerini deyirəm.

Axı hər açıqlamasında müştərisinin "Qarabağ"a verdiyi möhtəşəm töhfədən, əvəzsiz xidmətlərindən danışırdı. Onun səhvsiz, əvəzedilməz olmasının portretini yaratmağa çalışırdı.

Qiymət qaldırmaq üçün min dona girmişdi. Amma bizim gözümüzdən qaçacaq qədər gizlənə bilməmişdi.

Ümid edirəm ki, o, bir də Lunyovun qoruduğu qapının toruna girən topları da görə bildi. Ən azı bizim onun don arxasında gizli saxlamağa çalışdıqlarını gördüyümüz qədər.

Şahid oldu ki, bəy tərifi yapışdırdığı qolkiperə Azərbaycanda vurulmayan stildə qol qalmayıb.

Bunu "Sabah" da bacarır, "Səbail" də.

Hələ avrokubok görüşlərində yol verdiyi nöqsanları demirəm.

Yəni müştərisi iddia etdiyi qədər keçilməz deyil. Onun "Qarabağ"a ehtiyacı daha çoxdur, nəinki əksi.

Məncə, elə təkcə son oyun yetərlidir ki, meneceri susmaq qızıldır prinsipinə əməl etsin.

Danışdıqca batır.

Qorx ki, 600 minlik sevdası axırda heç 200 minlə də yekunlaşmaya.

Belə qollar buraxan qapıçı papağını göyə atsın ki, ona "Qarabağ"da yer ayrılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti