“Qarabağ”ın sevilən legioneri “Braqa” ilə bağlı nə söz verdi?

15 Fevral 2024 19:40 Qarabağ 2 494
“Qarabağ”ın sevilən legioneri “Braqa” ilə bağlı nə söz verdi?

Premyer Liqada və Azərbaycan kubokunda işləri qaydasında gedən “Qarabağ” Avropa Liqasında növbəti sınaq qarşısındadır.

Qrup mərhələsi səddini inamla dəf edən ağdamlılar pley-offda Portuqaliya təmsilçisi ilə qarşılaşacaq.

Fevralın 15-dəki rəqibin adı “Braqa”dır.

Səfərdə baş tutacaq ilk qarşılaşmanın yekun nəticəsi cavab oyunu öncəsi ciddi önəm daşıyacaq. “Köhlən atlar”ın vətənə məğlub olmadan qayıtması növbəti mərhələnin qapısını aralaması anlamına gələcək.

Çətin səfər öncəsi “Qarabağ”ın əsas simalarından olan fransalı yarımmüdafiəçi Yassin Benzia məlum qarşılaşma ilə bağlı Sportinfo.az-a açıqlama verib:

“Braqa”nın gücü və təcrübəsi hər kəsə məlumdur. Buna baxmayaraq, komandamıza inanıram. Səfər oyunları çətin olur, üstünlük istər-istəməz rəqibin tərəfinə keçir.

Yekun nəticə ilə bağlı söz verə bilmərəm. Yalnız bunu söz verə bilərəm ki, “Qarabağ”ın yaxşı futbol oynayıb, xoş nəticə qazanması üçün əlimizdən gələni edəcəyik.

Qələbə? Futbolda mümkünsüz heç nə yoxdur. 90 dəqiqənin tamamında nələrin yaşanacağını birlikdə görəcəyik”.

Fevralın 15-dən 16-na keçən gecə “Munisipal” stadionunda keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

Cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ki, start fiti 21:45-də çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti