Sabiq müdafiəçisi: "Qarabağ"da o güc var, pressinqdən çıxa bilsə...”

15 Fevral 2024 19:00 Qarabağ 955
Sabiq müdafiəçisi: "Qarabağ"da o güc var, pressinqdən çıxa bilsə...”

"İlk növbədə bu mərhələyə kimi gəldiyi üçün "Qarabağ"ı alqışlamaq lazımdır".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Braqa" ilə ilk matç öncəsi Vasif Haqqverdiyev dilə gətirib.

"Qarabağ"ın sabiq müdafiəçisi qarşılaşma ilə bağlı ehtimallarını da bizimlə bölüşüb:

"Bu komandaya hamımız inanırıq. Qarşımızda çox təcrübəli rəqib var.

Amma "Qarabağ" da zəngin təcrübəyə sahibdir. Səfərdən sərfəli nəticə ilə qayıda bilərik.

Çünki "Qarabağ" rəqib meydanında yaxşı oynamağı bacarır. Bu gün çempionatda "Sabah"a məğlubiyyət gözdən pərdə asmaq üçün ola bilər.

Düzdür, komanda optimal formasından bir az uzaq görünə bilər. Amma "Qarabağ" toparlanıb "Braqa"nı keçmək gücündədir".

Futbol mütəxəssisi Portuqaliya təmsilçisi barədə də müəyyən bilgilər verib:

"Braqa" son 5 matçda 1 məğlubiyyət, 1 bərabərlik alıb. Ölkə kubokunu qazanıblar.

Bəli, son oyunda "Sportinq"ə 0:5 uduzublar. Lakin daha əvvəl həmin komandanı məğlub edə biliblər.

"Braqa" çox məhsuldar kollektivdir. Və bununla bərabər çox da qol buraxır.

"Qarabağ"ın sistemində çıxış edirlər. Oxşar futbol oynayırlar.

Hər iki komanda da topa nəzarəti sevir. Bir-birinə oynamaq imkanı verəcəklər.

Hər iki tərəf də açıq futbolu sevir. İlk qolu kim vura bilsə, düşünürəm ki, dominatlıq onun tərəfinə keçəcək, çox maraqlı oyun olacağını gözləyirəm".

Haqqverdiyev sonda Ağdam təmsilçisinə uğurlar arzulayıb:

"Hər zaman tək istəyim o olub ki, klublarımız avrokuboklarda standart vəziyyətlərdə çətinlik yaşamasın. Təbii ki, məşqçilər bu barədə tapşırıqların verəcək.

İlk 15-20 dəqiqəni təzyiqlə qarşılaşa bilərik. "Qarabağ" həmin pressinqdən çıxa bilsə, əminəm ki, öz oyunun oynamaqla qol imkanları yaxalaya biləcək.

Oyunun necə alınmasından çox şey asılıdır. Qurban Qurbanovun psixoloji hazırlaşdırmasından əlavə, peşəkar futbolçuların özünü matça necə kökləyəcəyində çox vacibdir.

"Qarabağ"a bu oyunda uğurlar arzu edirəm. İnanıram ki, sonda hamımızı sevindirəcəklər".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti