"Qarabağ" keyfiyyəti çox olan rəqibdir" - "Braqa"nın baş məşqçisi

14 Fevral 2024 21:10 Qarabağ 754
"Qarabağ" keyfiyyəti çox olan rəqibdir" - "Braqa"nın baş məşqçisi

"Braqa" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Portuqaliya təmsilçisinin baş məşqçisi Artur Jorje matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

O, "Qarabağ"la oyunun çətin olacağını bildirib:

"Qarabağ" keyfiyyəti çox olan rəqibdir. Hər il Avropa yarışlarında iştirak edirlər.

Onlar daxili çempionatda uğurlu çıxış edirlər. Çətin oyun olacaq.

Cavab matçı üçün vacib üstünlük qazanmaq üçün qalib gəlməyə çalışacağıq. “Qarabağ” rəqabətdə fərqlənmək istəyir və biz buna hazırlaşmalıyıq".

"Braqa" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da start götürəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti