Qurban Qurbanova daha çox kim lazımdır: İsayev, yoxsa Benzia? - VİDEO

14 Fevral 2024 16:00 Qarabağ 1 567
Qurban Qurbanova daha çox kim lazımdır: İsayev, yoxsa Benzia? - VİDEO

Sabah Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

Tarixində ilk dəfə turnirin qrup mərhələsin adlayan «Qarabağ» Portuqaliyada «Braqa»nın qonağı olacaq.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin son buraxılışında bu qarşılaşma ilə bağlı maraqlı polemika aparılıb.

Aparıcı Ceyhun Rzayevlə ekspert Emin Abbasov Qurban Qurbanovun heyət seçiminə dair təxminlərini dilə gətirib.

Onlar baş məşqçinin ilk «11-lik»də Aleksey İsayevə, yoxsa Yassin Benziaya şans tanıyacağı sualı ətrafında müxtəlif fkirlər səsləndiriblər.

Abbasov Ağdam klubunun iki «8 nömrə» ilə matça başlayacağını bildirib, Rzayev isə Benzianın başından bəri meydanda yer alacağını söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti