COP29

1,5 milyonluq təklif gəlsə… Macar KİV-i “Sportinfo”nun “Qarabağ”la bağlı yaydığı xəbəri təsdiqlədi

17 Yanvar 2023 21:00 Qarabağ 2 428
1,5 milyonluq təklif gəlsə… Macar KİV-i “Sportinfo”nun “Qarabağ”la bağlı yaydığı xəbəri təsdiqlədi

“Ferentsvaroş”dan təklif alan Kvabena Ovusu elə bu ay “Qarabağ”ı tərk edə bilər.

Macarıstan klubunun baş məşqçisi Stanislav Çerçesov qanalı forvardı daha tez sərəncamında görmək istəyir.

Yerli “Nemzeti Sport” nəşri Sportinfo.az-ın yaydığı xəbəri təsdiqləyib. Macar həmkarlarımız verdiyimiz informasiyanı doğrulayaraq, bu keçidin ağdamlılara 300 min avro (552 min manat) qazandıracağını yazıb.

26 yaşlı forvard macarlarla mövsümün sonu üçün azad agent kimi 2 illik müqaviləni razılaşdırsa da, klub onu indi heyətinə qatmaq niyyətindədir.

Bu yöndə “Qarabağ”la danışıqlar davam edir. Maliyyə şərtlərində razılıq əldə olunsa, Ovusu yaxın günlərdə “Ferentsvaroş”a qoşulacaq.

Afrikalı legioner 2020-ci ilin yanvarından “Qarabağ”ın şərəfini qoruyur. “Leqanes”dən (İspaniya) transfer olunun qanalının ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.

“Ferentsvaroş”un rusiyalı çalışdırıcısı ona əsas heyətdə oynayacağına zəmanət verib.

Tərəflər arasında razılaşmaya görə, 1 ildən sonra 1,5 milyon avrodan yüksək məbləğə transfer təklifi gələrsə, Budapeşt təmsilçisi Ovusunun önündə “yaşıl işıq” yandıracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq