COP29

Avropa klubu “Qarabağ”a bu qədər pul ödəməyə hazırdır – SON DƏQİQƏ!

15 Yanvar 2023 13:00 Qarabağ 6 611
Avropa klubu “Qarabağ”a bu qədər pul ödəməyə hazırdır – SON DƏQİQƏ!

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu “Ferentsvaroş”a bu ay keçmək istəyir.

Qanalı hücumçu bununla bağlı fikrini klubun rəhbərliyinə və məşqçilərinə bildirib.

26 yaşlı forvard Macarıstan təmsilçisi ilə mövsümün sonunda 2 illik müqavilə bağlamağa razılaşsa da, elə cari qış transfer dönəmində bu keçidin reallaşmasının tərəfdarıdır.

Hazırda klublar arasında bu yöndə danışıqlar getdiyi bildirilir.

“Ferentsvaroş”un müqavilə müddəti mövsümün sonuna qədər qüvvədə olan afrikalı legionerə görə “Qarabağ”a təklif etdiyi təzminatın məbləği də artıq məlumdur.

Belə ki, Stanislav Çerçesovun çalışdırdığı klub bu keçiddən dolayı “köhlən atlar“a 250-300 min avro həndəvərində ödəniş etməyə hazırdır.

Qurban Qurbanov 2020-ci ildə “Leqanes“dən (İspaniya) transfer etdikləri Ovusunun çemodan əhval-ruhiyyəsində olmasından yaxşı xəbərdardır.

Təcrübəli baş məşqçi onu zorla burada saxlamağa tərəfdar deyil. Axı belə bir yazılmamış qayda var – sevgi gərək birtərəfli olmasın.

Düzdür, “Qarabağ“ adıçəkilən hücumçuya 3 illik yeni müqavilə təklif edib və o, son anda fikrindən daşınıb burada qalmağa razılaşsa, kifayət qədər yüksək əməkhaqqı alacaq.

Bununla belə, Qurbanov onun mövqeyinə axtarışlarını sürətləndirib. Əgər tezliklə belə birini tapsa, qanalı ilə sözləşməyə vaxtından əvvəl xitam veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!