“Əgər Rəşad Sadıqov bu gün “Qarabağ”ın formasını geyinsəydi…”

15 Avqust 20:00 Qarabağ 1 382
“Əgər Rəşad Sadıqov bu gün “Qarabağ”ın formasını geyinsəydi…”

“Azərbaycanda hələ belə güclü komanda olmayıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Pro” kateqoriyalı mütəxəssis Ramiz Məmmədov deyib.

6 il “Qəbələ”ni çalışdırmış tanınmış futbol adamı “Qarabağ”ın cari mövsüm Çempionlar Liqasında keçdiyi yola nəzər salıb.

O, vaxtilə futbolçu kimi formasını geyindiyi “köhlən atlar”ın sırası ilə “Lex”, “Sürix” və “Ferentsvaroş”u mübarizədən kənarlaşdırmasınının təsadüfi olmadığını bildirib:

“Qarabağ” artıq 9 ildir ki, avrokubokların qrup mərhələsində çıxış edir. Deməli, burada bütün işlər düzgün qurulub, bir sistem var və yeni gələn olursa, mütləq ona uyğunlaşır.

Qurban Qurbanovub transfer siyasəti həmişə özünü doğruldur. “Qarabağ” Çempionlar Liqasında çıxdığı son 5 oyunda möhtəşəm təsir bağışlayıb və hər ötən həftə daha da artırır.

Bu komandada kimisə bir-birindən fərqləndirmək olmaz. Bütün futbolçular uğur üçün əlindən gələni edir. Artıq Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin ediblər.

İnanıram ki, ikinci dəfə də Çempionlar Liqasına vəsiqə qazanacaqlar. Rəşad Sadıqov bu gün “Qarabağ”ın formasını geyinsəydi, mən bu sözü daha inamla deyərdim.

Onun bu komanda üçün çəkdiyi əziyyəti heç vaxt unutmaq olmaz. Rəşad Sadıqovun yeri bir başqadır və “Qarabağ” üçün əvəzsiz xidmətləri var.

Mən şübhə etmirəm ki, Qurban Qurbanov komandasını qrup yolunda son qarşılaşmalara da yüksək səviyyədə hazırlayacaq.

Kadi, Zubir kimi onun əlində oyunu hər an dəyişə və qol vura biləcək çoxlu futbolçular var.

Marko Veşoviç və Marko Yankoviç də son vaxtlar əla formadadır. Ümumiyyətlə, “Qarabağ”ın üstünlükləri çoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 13:40 Bu imza uğur gətirir!
28 Sentyabr 01:10 Samir Əliyev: "Çətindir"
28 Sentyabr 00:40 "Bunu etməyə məcbur idik"
28 Sentyabr 00:10 "Yuventus" satmaq istəmir