“Neftçi”nin liderindən növbəti ACI ETİRAF - VİDEO

15 May 2022 16:00 Qarabağ 729
“Neftçi”nin liderindən növbəti ACI ETİRAF - VİDEO

Avropa İttifaqının təşkilatçılığı, AFFA-nın dəstəyi ilə Bakı bulvarında Avropa şəhərciyi adlı tədbir keçirilib.

Əsasən gənclərin fəallığı ilə maraqlı keçən tədbirdə “Neftçi”nin futbolçuları da iştirak edib.

Klub rəhbərliyi “Zirə” ilə oyundan 1 gün öncə bulvara yollanıb.

Belə ki, Emin Mahmudov, Azər Salahlı, Mert Çelik və Yusuf Lavaldan ibarət “dördlük” dənizkənarı parkda AFFA-nın quraşdırdığı kiçik meydançada azarkeşlərin önünə çıxıb.

“Neftçi”nin futbolçularını görən gənclər oraya axışaraq oyunçularla şəkil çəkdirib, imza alıb və penalti zərbələrində qüvvələrini sınayıblar.

Tədbirdə ən maraqlı an Emin qapıda dayanarkən yaşanıb. İştirakçıların vurduğu zərbələrin çoxunu qaytaran kapitanı məktəbli topu tora qovuşdurmaqla məyus etməyi bacarıb.

Mahmudov həmin anın görüntüsünü “instagram” hesabında paylaşaraq “məndən qapıçı olmaz” yazıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var