Qurban Qurbanov "Qarabağ"ı fransızlardan niyə gizlətdi?

3 Fevral 2022 14:40 Qarabağ 13 184
Qurban Qurbanov "Qarabağ"ı fransızlardan niyə gizlətdi?

«Qarabağ» qış transfer bazarının ən fəallarından oldu.

Qurban Qurbanov yeni gətirdiyi futbolçuların hamısına ilk fürsətdəcə forma haqqı tanıdı.

Luka Quqeşaşvili, Leandro Andrade və Rüstəm Əhmədzadə baş məşqçinin seçimidir. Yəqin ki, daha bir legioner yaxınlarda komandaya qoşulacaq.

«Qarabağ» özü barədə belə bir fikir formalaşdırıb: yavaş-yavaş forma yığmaq bizim prinsipimizdir. Yay olsun, qış olsun - yol eynidir.

«Keşlə» ilə qarşılaşmanı «Marsel»in skautu da canlı izlədi. Bəlkə də Qurban Qurbanov çağırılmamış qonağa görə heyətdə bir sıra rotasiyalara əl atdı, dəyişik manevrlərə baş vurdu, futbolçularına şablon tərz, amma zəif sürətlə 90 dəqiqəni tamamlamağı tapşırdı.

Fransalı nümayəndəni bununla aldatmaq mümkün oldumu? Güman ki, onlar «Qarabağ»ın qarşıdakı oyunlarını, xüsusilə «Neftçi» ilə keçirəcəyi derbini diqqətdə saxlayacaqlar.

Qurbanov bunu da nəzərə alıb. Buradan irəli gedib deyə bilərik ki, Azərbaycanda hamının səbirsizliklə gözlədiyi növbəti «böyük oyun» baxımlı keçməyəcək.

Qurbanov «Neftçi»yə məğlubiyyəti də qəbul edər, yetər ki, komandasının gerçək gücünü, son halını fransızlardan gizlələ bilsin. Bu, onun üçün bir nömrəli məsələdir, ikiqat əhəmiyyətlidir.

Avrokuboklarda ilk dəfə qrupdan çıxmağın keyfini yaşayan «Qarabağ»a Konfrans Liqasında ¼-ə qalmaq daha prestijlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti