"Qarabağ"da satış davam edir – Bir şəxs cəmi üçünü ala bilər

9 Avqust 2021 09:40 Qarabağ 2 148
"Qarabağ"da satış davam edir – Bir şəxs cəmi üçünü ala bilər

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – AEL (Kipr) oyununa bilet satışı davam edir.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq, 3, 5, 10, 20 və 30 manatdır.

COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılacaq (5-3 azn);

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışda olacaq;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qeyd: Bir şəxs cəmi üç bilet ala bilər.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 08:30 Almeyda I Liqada - RƏSMİ
3 Sentyabr 07:40 Viruslardan necə qorunaq?