İsrailli baş məşqçi niyə oyundan sonra Qurban Qurbanovla görüşmədi?

22 İyul 22:25 Qarabağ 922
İsrailli baş məşqçi niyə oyundan sonra Qurban Qurbanovla görüşmədi?

"Yaxşı müdafiə olunduq. Hesab bizi qane edir.

Cavab oyununda sıfırdan başlayacağıq. Keyfiyyətli komandaya qarşı oynadıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İsrailin "Aşdod" komandasının baş məşqçisi Ran Ben Şimon Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis ot örtüyünün bərbad olduğunu bildirib: "İsraildə meydanlar bundan daha yaxşıdır. Rəqibin Avstriyadakı yoxlama oyunlarını izləmişdik.

"Qarabağ" bu gün topla yaxşı oynasa da, müdafiə xəttimizi yarmağa çətinlik çəkirdi. Cütün taleyi cavab matçında həll olunacaq.

Bu gün müdafiə olunduq, cavab oyununda hər iki komanda hücum futbolu oynayacaq və tamam fərqli oyun görəcəyik. Yaxşı nəticə əldə edəcəyimizə ümid edirəm".

Şimonun sözlərinə görə, ot örtüyü hər iki komandanın oyununa təsir edib. İsrailli baş məşqçi görüşdən sonra Qurban Qurbanovla görüşməməsi haqqında bunları söyləyib:

"Qurban Qurbanov baş məşqçidir. Mən matçdan sonra futbolçulara tərəf getdim. Mətbuat konfransından sonra onunla görüşəcəyəm. Sadəcə, komandamı oyundan sonra təbrik etmək istəyirdim".

Mütəxəsssi "Qarabağ" ev oyunlarını Ağdamda keçirsə, ora getməyə razı olacaqsınızmı" sualına belə cavab verib:

"Mən idmanı təmsil edirəm və sülhün tərəfdarıyam. İstəyərəm ki, "Qarabağ" doğma meydanda oynasın. İdmanı siyasətə qatmağı xoşlamıram".

Digər Xəbərlər
Xəbər Lenti