Azərbaycan klubunun xanım tərəfdarı saxlanıldı - FOTO

24 Oktyabr 2020 11:34 Qalmaqal 1 340
Azərbaycan klubunun xanım tərəfdarı saxlanıldı - FOTO

Təbrizdə keçirilən “Qarabağa dəstək” mitinqində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan bəzi qadın iştirakçıların adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bunlar Şima Əlmasi, Məhtab Əsgərinejad və qızı Aylin Şirzadi, Həbibə (Məlihə) Bərqi, Mina Vəlipur, Sara Turi, Fatimə İbrahimzadə və qızı Kövsər Nemətidir.

Fatimə İbrahimzadənin 13 yaşlı uşağı Kövsər 24 saatlıq həbsdən sonra bazar ertəsi günü sərbəst buraxılıb. Səkinə Əbdi 4 gün həbsdən sonra xəstəlik səbəbi ilə oktyabrın 21-də sərbəst buraxılıb.

Tehran sakini İffət Nikbəxt oktyabrın 18-də günortadan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan vətəndaşın vəziyyəti haqda hələ ki bir məlumat yoxdur.

Oktyabrın 18-də İran Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə Təbrizdə keçirilən etiraz aksiyaları zamanı çox sayda vətəndaş və milli fəal müxtəlif təhlükəsizlik qurumları tərəfindən nəzarətə alınsa da, bugünə qədər yalnız bir neçəsinin kimliyi müəyyən edilib.

Qarabağa dəstək aksiyası zamanı Təbrizdə nəzarət altına alınan “Traktor“un tərəfdarı Siyamək Kuşi nəzarətdə qaldığı zaman 10 nəfər civarında qadın vətəndaşın saxlanıldığını söyləmişdi.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə iki dəfə Qarabağa dəstək aksiyası keçirilib və hər dəfəsində bir çox milli fəal və türk vətəndaş həbs edilib. Şahidlər saxlanılan fərdlərin sayının kimlikləri müəyyən edilmiş şəxstlərdən qat-qat çox olduğunu ifadə edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"