“Bu xəbərə inanmaqdan imtina edirəm” - MƏŞHURLAR

27 Yanvar 2020 22:30 Qalmaqal 849
“Bu xəbərə inanmaqdan imtina edirəm” - MƏŞHURLAR

Dünən gecə saatlarında əfsanəvi basketbolçu Kobi Brayant faciəvi şəkildə həlak olub.

Sportinfo.az xəbər verir ki, Brayantın şəxsi helikopteri Los-Anceles yaxınlığında qəzaya uğrayıb.

Hadisə Kaliforniyanın Kalabasas şəhərində baş verib. Basketbolçudan savayı, "hava gəmi"sində yer alan 4 nəfər (biri Kobinin 13 yaşlı qızı Cianna) həlak olub.

Qəzanın səbəbləri barədə rəsmi məlumat olmasa da, ilkin ehtimal budur ki, vertolyotun bortunda qəflətən yanğın baş verib. Brayant 5 qat MBA çempionudur. O, bütün karyerasını “Los-Anceles Leykers”də keçirib.

Əfsanəvi basketbolçunun ölümü bütün dünyada kədərlə qəbul olunub. Məşhur idmançılar, siyasi xadimlər, dövlət başçıları Kobinin ölümü ilə bağlı kədərlərini ifadə edirlər.

Əfsanəvi basketbolçu Şakil Onil: “Ağırımı ifadə etmək üçün söz tapa bilmirəm. Mən sizi sevirəm və darıxacağam. Yas içindəyəm”.

Rusiyalı basketbolçu Andrey Kirilenko: “Bu xəbərə inanmaqdan imtina edirəm. Kobi Brayant həmişə olacaq”.

“Zenit”in futbolçusu Artyom Dzyuba: “Mənim sevimli basketbolçum. Əfsanə. İnanmaq istəmirəm. Həmişə yaddaşımda qalacaqsan”.

Françesko Totti: “Səni tanımaq mənim üçün şərəf idi. Meydanda və ondan kənarda çempion! Rahat yat”.

İker Kasilysa: “Bu nə kabus idi. Dəhşət içindəyəm. Bütün dövrlərin ən yaxşı oyunçularından biri. Söz tapa bilmirəm. Mənim başsağlığımı qəbul edin. Bütün idman dünyası yas tutur”.

Kobinin azarkeşlik etdiyi “Milan” futbol klubu: “Xəbərdən şoka düşmüşük. Tarixin ən böyük basketbolçularından biri və “Milan”ın azarkeşi. Kobi, səni unutmayacağıq”.

Useyn Bolt: “Hələ də inana bilmirəm”.
Castin Qetlin: “Biz elə indicə səninlə danışmışdıq, böyük qardaş. Mən söz tapa bilmirəm”.

PSJ-nin futbolçusu Neymar “Lill”ə qarşılaşmada vurduğu qol Kobiyə həsr edib. Böyük ehtimalla futbolçu qarşılaşmanın fasiləsində faciədən xəbər tutub.

O, 52-ci dəqiqədə qol vurduqdan sonra kamreaya yaxınlaşaraq barmaqları ilə 24 rəqəmini göstərib. Brayant 24 nömrəli forma ilə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı